525.Az
Sürüşmə zonalarında aktivlik artıb
Son vaxtlar havanın yağmurlu keçməsi ölkə ərazisindəki sürüşmə sahələrinin yenidən aktivləşməsinə səbəb olub.
Bu barədə Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.
S. Əmiraslanov vurğulayıb ki, qismət aktivləşmə təhlükəli vəziyyətin yaranmasına səbəb olmayıb: dAH ÇOX Lənkəran-Lerik avtomobil yolunun 17, 40, 50-ci km-də sürüşmə, uçqun sahələrində qismən aktivləşmə müşahidə edilib”.
O vurğulayıb ki, sürüşmənin yaratdığı təhlükələr aradan qaldırılıb.
S. Əmiraslanov deyib ki, Ağsu dolaylarında, İsmayıllı-Şamaxı yolunun 26-cı kilometrliyində sürüşmə zonalarında qismən aktivləşmə müşahidə olunur:
"Vəziyyət gərgin olaraq qalır. Ağsu dolaylarında iri tonnajlı avtomobillərin hərəkəti xeyli müddətdir ki, dayandırılıb. Ümumilikdə isə avtomobillərin hərəkətinə qadağa qoyulmayıb”.
S. Əmiraslanov onu da vurğulayıb ki, sürüşmə zonalarında aktivləşməyə təbii təsir edən atmosfer yağıntılarıdır:
"Bakı və Abşeron yarımadasındakı mövcud sürüşmə zonalarında vəziyyət normaldır. Həmin ərazilərdə aktivləşmə müşahidə olunmayıb”.
08.10.2014
çap et