525.Az

Nazirlər Kabinetinə əmək pensiyaları ilə bağlı təklif təqdim edilib


 

Nazirlər Kabinetinə əmək pensiyaları ilə bağlı təklif təqdim edilib<b style="color:red"></b>

Hesablama Palatası Nazirlər Kabinetinə əmək pensiyasları ilə bağlı təklif təqdim edib.

APA-nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, “Əmək pensiyaları haqqında” qanunun 18.2-ci və 18.3-cü maddələri əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvləri arasında bölünməsini tənzimləyir.
 
Qanunun 14.1-ci maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxsləri müəyyən edir. Həmin maddədə göstərilmiş şəxslərdən bir qismi (15-18 yaş arası övladlar, ən çoxu 23 yaşına çatanadək təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, 8 yaşına çatmamış şəxslərə baxanlar) əmək qabiliyyətli şəxslərdir. Qanunun 18.2-ci və 18.3-cü maddələrində isə yalnız əmək qabiliyyəti olmayan ailə üzvləri qeyd edilir. Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı da müəyyən edilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası qanunun 14.1-ci maddəsində qeyd edilən şəxslərə məhdudiyyətsiz verilir.

Göstərilənləri nəzərə alaraq Hesablama Palatası qanunun 18.2-ci və 18.3-cü maddələrində “əmək qabiliyyəti olmayan ailə üzvlərinin” sözlərinin “Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan ailə üzvlərinin” sözləri ilə əvəz edilməsini məqsədəuyğun sayıb.

 





08.10.2014    çap et  çap et