525.Az

"Azərbaycan sadə rəqib deyil."


 

"Azərbaycan sadə rəqib deyil."<b style="color:red"></b>

Şimali İrlandiya millisinin yarımmüdafiəçisi Kris Brant noyabrın 14-də DÇ-2014-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, sabahkı görüş bundan əvvəl Portuqaliyaya qarşı keçiriləcək oyundan fərqlənəcək. “Vest Bromviç”in yarımmüdafiəçisİ  qeyd edib ki, Azərbaycan Portuqaliya kimi güclü komanda deyil. Portuqaliya ilə görüşdə bir xal qazandıq. Amma bu o demək deyil ki, Azərbaycanla görüşdə ilk 15 dəqiqədə iki qol vuracagıq. Siz elə düşünməyin. Çalışmalıyıq, qələbə qazanaq”.

Kris Brant qeyd edib ki, Azərbaycan millisi Bakıya yaxşı nəticə ilə dönə bilər. “Azərbaycan sadə rəqib deyil. Rəqib yaxşı texnikaya malikdir. Bu komandaya qalib gəlmək üçün mübarizə aparmalısan”- deyə o qeyd edib.

 





13.11.2012    çap et  çap et