525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, axşama doğru yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a deyib ki, cənub-şərq küləyi əsəcək.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
 
Aran rayonlarında havanın temperaturunun gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Dağlarda havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

 





08.10.2014    çap et  çap et