Fransanın paytaxtı Parisin Respublika meydanında Fələstinə dəstək nümayişi keçirilib.
525.az xəbər verir ki, parislilər Rəfahda olan fələstinlilər üçün etiraz olaraq nümayiş keçirib. Respublika meydanına toplaşan nümayişçilər fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsrailin Qəzzaya hücumlarının dayandırılmasını tələb edib.
Nümayişçilər arasında müxalifət lideri Jan-Lyuk Melenşon, İnadkar Fransa (LFI) Partiyasından deputat Sebastien Deloqu, həmçinin bir çox müxalifət siyasətçiləri də olub.
Məhəmməd Tağıyev
çap et