525.Az

ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb


 

ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb<b style="color:red"></b>

ABŞ-nin Nyu-Meksiko ştatında bir hərbi təyyarənin Albukerke hava limanı yaxınlığında qəzaya uğradığı açıqlanıb.

525.az xəbər verir ki, Albukerke hava limanının sözçüsü Diana Lopez təyyarənin hava limanının cənub tərəfində qəzaya uğradığını açıqlayıb. Lopez təyyarədə tək olan pilotun müalicə aldığını bildirib.

Belə ki, yaxınlıqdakı Kirtland Hərbi Hava Bazasının qəza ilə bağlı araşdırma apardığı vurğulanıb.

Qeyd edək ki, səlahiyyətlilər təyyarənin tipini rəsmi olaraq açıqlamasa da, ABŞ mətbuatında təyyarənin "F-35" olduğu iddia edilib.

Məhəmməd Tağıyev

 





29.05.2024    çap et  çap et