525.Az

Zəvvarlarımızın Həcc ziyarəti başa çatdı


 

Zəvvarlarımızın Həcc ziyarəti başa çatdı<b style="color:red"></b> Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlarımızın müqəddəs missiyası başa çatıb.

Lent.az-ın Qafqaz Müsəlmanları İdarəsinin saytına istinadən xəbərinə görə,  azərbaycanlı zəvvarlar Həcc ayinlərini Məkkədə bitirərək Həzrət Muhəmmədin qəbri-şərifini ziyarət etmək üçün artıq oktyabrın 9-dan Mədinə şəhərinə yola düşməyə başlayıblar. Bu səfər Həcc ziyarətinin vacib şərtlərindən olmasa da bu, hər il hacıların öz arzusu ilə həyata keçirilir. 
 
Həcc ziyarətinə bu il Azərbaycandan 4 minə yaxın zəvvarlarımız oktyabrın 11-dən etibarən mərhələli şəkildə vətənə qayıdacaqlar.
 
Qeyd edək ki, Suriyada baş verən hadisələri və regionda "İŞİD" terror təşkilatının yaratdığı təhlükəni nəzərə alan Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə səfərləri bu il də yalnız təyyarə reysləri ilə təşkil edib.
 





08.10.2014    çap et  çap et