525.Az

Hindistan və Banqladeşdə qasırğa - Ölənlərin sayı 55-ə yüksəlib


 

Hindistan və Banqladeşdə qasırğa - <b style="color:red">Ölənlərin sayı 55-ə yüksəlib</b>

Hindistan və Banqladeşdə təsirli olan Remal siklonunun yaratdığı sel və torpaq sürüşməsi kimi hadisələr nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.

525.az xəbər verir ki, Hindistanın Mizoram əyalətinin rəsmiləri tropik qasırğa nəticəsində ümumilikdə 40 nəfərin öldüyünü açıqlayıb. Rəsmilər evlərin və infrastrukturun da zədələndiyini qeyd edib.

Banqladeşdə isə təsirli olan siklon nəticəsində həyatını itirənlərin sayının 15-ə yüksəldiyi bildirilib.

Beləliklə, iki ölkədə Remal siklon fırtınası nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.

Məhəmməd Tağıyev

 





29.05.2024    çap et  çap et