525.Az

Petro BMT-ni Qəzzaya sülhməramlılar göndərməyə çağırıb


 

Petro BMT-ni Qəzzaya sülhməramlılar göndərməyə çağırıb<b style="color:red"></b>

Kolumbiya Prezidenti Qustavo Petro Birləşmiş Millətlər Təşkilatını (BMT) Qəzzaya sülhməramlı qüvvələr göndərmək üçün hərəkətə keçməyə çağırıb.

525.az xəbər verir ki, Prezident Petro "X" sosial media platformasındakı paylaşımında: "Qəzza zolağında BMT-nin sülhməramlı qüvvələrinə alternativ yoxdur. Kolumbiya belə bir gücün bir hissəsi olacaq", - deyə bildirib.

İsraili qınayan xəbərləri şəxsi hesabından sitat gətirən Petro, Fələstinə dəstək paylaşımları edir.

Qeyd edək ki, Kolumbiya mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlamışdı.

Məhəmməd Tağıyev

 





29.05.2024    çap et  çap et