525.Az

Danimarka Fələstini dövlət kimi tanımadı


 

Danimarka Fələstini dövlət kimi <b style="color:red">tanımadı</b>

Danimarka Fələstini dövlət kimi tanıyan qanun layihəsini heç bir lazımi ilkin şərt olmadığını əsas gətirərək rədd edib.

525.az xəbər verir ki, İspaniya, Norveç və İrlandiya Fələstini rəsmən tanıdıqdan sonra Danimarka Parlamenti əks qərar qəbul edib. Parlament fevral ayında təqdim edilən və Fələstinin dövlət olaraq tanınmasını nəzərdə tutan qanun layihəsini lazımi ilkin şərtlərin yerinə yetirilmədiyi səbəbi ilə rədd etdiyini açıqlayıb.

Əvvəlki açıqlamasında hökumətin Fələstini tanımayacağını bildirən xarici işlər naziri Lars Lökke Rasmussen bugünkü səsverməyə qatılmayıb.

Məhəmməd Tağıyev

 





29.05.2024    çap et  çap et