525.Az

Londonda Fələstinə dəstək nümayişində 40 nəfər saxlanılıb


 

Londonda Fələstinə dəstək nümayişində 40 nəfər saxlanılıb<b style="color:red"></b>

Dünən İngiltərənin paytaxtı Londonda on minlərlə fələstinli tərəfdarın İsrailin Rəfah şəhərində mülki şəxslərə qarşı hücumlarına etiraz olaraq təşkil etdiyi nümayişdə 40 nəfər saxlanılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, London Şəhər Polisi verdiyi açıqlamada, İsrailin Rəfahdakı çadırlara hücumlarına reaksiya vermək üçün dünən Downing Street və Baş nazirin 10 nömrəli ofisinin yerləşdiyi Parlament qarşısında təşkil edilən etirazlarda 40 nəfər saxlanılıb.

Saxlanmaların yolların kəsilməsi və ictimai asayişin pozulması səbəbindən olduğu bildirilib.

Açıqlamaya görə, hadisələr zamanı 3 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, polisləri yaralayanların şəxsiyyəti hələ müəyyən edilməsə də, araşdırmalar davam etdirilir.

Malik Atilay 

 





29.05.2024    çap et  çap et