525.Az

Sinqapur təyyarəsindəki ölümün səbəbləri açıqlandı


 

Sinqapur təyyarəsindəki ölümün səbəbləri açıqlandı<b style="color:red"></b>

Şiddətli turbulentliyə girən Sinqapur Hava Yollarına aid təyyarə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri, xəsarətlərin qəfil 54 metr hündürlüyün itirilməsi nəticəsində olduğunu ortaya qoyub.

525.az xarici mediaya istinadən xəbər verir ki, Sinqapur Nəqliyyat Nazirliyi keçən həftə şiddətli turbulentliyə girən və 1 nəfərin ölümü ilə nəticələnən Sinqapur Hava Yolları reysi ilə bağlı araşdırmanın ilk nəticələrini dərc edib.

Nazirlik təyyarənin 4,6 saniyə ərzində təxminən 178 fut (54 metr) hündürlük itirdiyini, buna görə də təyyarədə cazibə qüvvəsində qəfil dəyişiklik olduğunu açıqlayıb. Qəfil dəyişiklik nəticəsində kəmərsiz sərnişinlər əvvəlcə havaya qalxıb, daha sonra isə sərnişinlər qəfildən oturacaqlarına çırpılıb.

"Hadisələrin bu qəfil ardıcıllığı ekipaj üzvlərinin və sərnişinlərin xəsarət alması ilə nəticələnib", - açıqlamada bildirib. 

Qeyd edək ki, Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus "SQ321" reysi mayın 21-də güclü turbulentliklə üzləşib. Turbulentlik səbəbindən infarkt keçirən 73 yaşlı sərnişini kabin heyətinin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Təyyarə Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Malik Atilay 

 





29.05.2024    çap et  çap et