525.Az

Pakistanda avtobus aşdı - 28 nəfər öldü


 

Pakistanda avtobus aşdı - <b style="color:red">28 nəfər öldü</b>

Pakistanın cənub-qərbində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 28 nəfər ölüb, 20 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis rəsmisi Əsgər Əli mətbuata açıqlamasında bildirib ki, Bəlucistan əyalətinin Turbat şəhərindən Kvetta şəhərinə gedən sərnişin avtobusu sürücünün sükanı itirməsi nəticəsində Vaşuk rayonu yaxınlığındakı vadiyə düşüb.

Polis qəza nəticəsində 28 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Sağlamlıq qurumlarına sövq edilən yaralılardan bəzilərinin həyati təhlükəsinin olduğu bildirilib.

Baş nazir Şahbaz Şərif qəza ilə bağlı verdiyi yazılı açıqlamada can itkisindən kədərləndiyini bildirib və yaralılara lazımi müalicənin göstəriləcəyini vurğulayıb.

Qeyd edək ki, mayın 3-də Pakistanın Gilgit Baltistan bölgəsində avtobusun dərəyə aşması nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Malik Atilay 

 





29.05.2024    çap et  çap et