525.Az

Niderlandda təyyarənin mühərrikinə ilişən şəxs ölüb


 

Niderlandda təyyarənin mühərrikinə ilişən şəxs ölüb<b style="color:red"></b>

Amsterdam Schiphol hava limanında kral hava yolu şirkəti KLM-ə məxsus təyyarənin işləyən mühərrikinə ilişən bir nəfər ölüb.

525.az xəbər verir ki, KLM şirkətinə məxsus təyyarə Danimarkanın Billund şəhərinə uçmağa hazırlaşarkən Amsterdamın Schipol hava limanında faciəvi hadisə baş verib.

Belə ki, "KLM Cityhopper" markalı təyyarə işləyərkən mühərrikinə ilişən bir nəfər ölüb. Bu şəxsin sərnişin olub-olmaması və ya təyyarənin mühərriki işləyən zaman orada nə işlə məşğul olduğu bəlli deyil.

Təyyarə personalı və sərnişinlər hadisənin təyyarə geriyə doğru hərəkət edərkən baş verdiyini qeyd edib.

Məhəmməd Tağıyev

 





30.05.2024    çap et  çap et