Nigeriyanın Kaduna əyalətində bazara silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib.
525.az xəbər verir ki, Kaduna Regional sədri Cafra Caino silahlı dəstə üzvlərinin Maro bazarına hücum etdiyini bildirib. Caino hücumda 12 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını qeyd edib.
Yaralıların xəstəxanaya aparıldığını bildirən Caino, hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Qeyd edək ki, yanvar ayından bəri Kaduna əyalətində həyata keçirilən hücumlarda onlarla insan həyatını itirib, 300-dən çox insan qaçırılıb.
Məhəmməd Tağıyev
çap et