Milli Arxeoloji Tədqiqatlar İnstitutunun (INRAP) verdiyi açıqlamada ölkənin mərkəzi hissəsindəki Villedieu-sur-Indre bölgəsində aşkar edilən məzarlarda atların qalıqlarının başları cənub tərəfə diqqətlə yerləşdirildiyi bildirilib.
525.az xəbər verir ki, açıqlamada təkmil radio-karbon testlərinə məruz qalan cəmi 28 atın sümüklərinin təxminən 2 min il əvvələ aid olduğu bildirilib.
Bekə ki, INRAP-ın verdiyi açıqlamada heyvanların kompleks bir ritualın bir hissəsi olaraq qurban edildiyi fərziyyəsi də vurğulanıb.
Məhəmməd Tağıyev
çap et