ABŞ-də təyyarədən endirilən üç qaradərili şəxs "American Airlines"ə qarşı irq ayrı-seçkiliyi iddiası qaldırıb.
525.az xəbər verir ki, sərnişinlər Alvin Jackson, Emmanuel Jean Joseph və Xavier Veal yanvarın 5-də Arizona-Nyu-York reysi ilə bağlı birgə bəyanatla çıxış edib.
"American Airlines" səlahiyyətlilərinin bütün qaradərili sərnişinləri təyyarədən endirdiyi iddia edilən açıqlamada: "American Airlines qaradərili olduğumuz üçün bizi ayırdı, biabır etdi və alçaltdı. Bu qəbuledilməzdir", - deyə bildirilib.
Bunun üzərinə, "American Airlines"ın irqi ayrı-seçkilik etdiyini əsas gətirərək məhkəməyə müraciət edən 3 nəfər, ərizələrində təyyarənin kənarında gözləyərkən "bədən qoxusu səbəbilə ləngimə" elan edildiyini vurğulayıb.
Məhəmməd Tağıyev
çap et