İsrailin Qəzzaya davam edən hücumlarına görə Braziliyanın İsraildəki səfirini geri çəkdiyi bildirilib.
525.az xəbər verir ki, hökumət Təl-Əviv səfiri Frederiko Meyeri məsləhətləşmələr üçün geri çağırıb. Braziliyanın İsraildəki diplomatik missiyası müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, yerli mətbuata açıqlama verən yüksək rütbəli Braziliya rəsmisi İsrailə yeni səfirin qısa müddətdə təyin olunmayacağını bildirib.
Məhəmməd Tağıyev
çap et