525.Az

Xamneyidən ABŞ-də İsrailə etiraz edən tələbələrə məktub


 

Xamneyidən ABŞ-də İsrailə etiraz edən tələbələrə <b style="color:red">məktub</b>

İran lideri Əli Xamneyi ABŞ-də Fələstinə dəstək verən tələbələrin hərəkətlərini yüksək qiymətləndirib.

525.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Xamneyi ABŞ-nin müxtəlif universitetlərində Fələstinə dəstək verən tələbələrə məktub yazıb.

Xamneyi məktubunda: "Tarixin doğru tərəfində idiniz. Amansız hökumətinizin işğalçı sionistləri açıq şəkildə dəstəkləməsinə baxmayaraq, şərəfli müqavimət seçdiniz", - deyib.

Fələstinin müsəlman, xristian və yəhudilərin köklü tarixi olan müstəqil bir diyar olduğuna diqqət çəkən Xamneyi ABŞ-nin İsrailə siyasi, iqtisadi və silah dəstəyi verdiyini vurğulayıb.

ABŞ-nin onlarla universitetində İsrailə qarşı etiraz aksiyaları keçirildiyini xatırladan İran lideri tələbələrlə ortaq hisslərdəolduğunu qeyd edib.

Malik Atilay 

 





30.05.2024    çap et  çap et