525.Az

Hindistanda daşqınlar nəticəsində 3 nəfər ölüb


 

Hindistanda daşqınlar nəticəsində 3 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.

525.az xəbər verir ki, “India Today” saytının məlumatına görə, güclü və aramsız yağışlar Manipurda daşqınlara səbəb olub.

Dövlət rəsmiləri 1 nəfərin su basması, 2 nəfərin isə daşqın nəticəsində baş verən sürüşmə nəticəsində öldüyünü bildirib.

İmfal Vadisində yüzlərlə evi su basdığını, minlərlə insanın təbii fəlakətdən zərər çəkdiyini bildirən səlahiyyətlilər, bölgədəki insanların təhlükəsiz yerlərə təxliyyəyə başladığını açıqlayıb.

Rəsmilər, axtarış-xilasetmə işlərinə rəhbərlik etmək üçün Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən (NDRF) bir qrup hərbi təyyarə ilə bölgəyə gəldiyini bildirilib.

Manipur şəhər başçısı Nongthombam Biren Singh, bölgəyə səfərindən sonra "X" sosial media hesabından verdiyi açıqlamada, bir çox canlının seldən təsirləndiyini bildirib.

Singh, səlahiyyətli qruplardan könüllülərə qədər hər kəsin hadisədən zərər çəkənlərə kömək etmək üçün yorulmadan çalışdığını bildirib.

Malik Atilay 

 





30.05.2024    çap et  çap et