İsrailin xarici işlər naziri İsrael Katz Fələstinin Sloveniya hökuməti tərəfindən tanınmasını pisləyib.
525.az xəbər verir ki, onun sözlərinə görə, Lyublyanın bu addımı Sloveniya-İsrail münasibətlərinə xələl gətirir.
İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hələ də Sloveniya parlamentinin təsdiqini tələb edən bu qərar Fələstinin radikal HƏMAS hərəkatına terrora görə mükafatıdır.
Katz vurğulayıb ki, Lyublyananın Fələstin dövlətçiliyi çağırışı İsrailin əzəli düşməni İranı gücləndirib, həmçinin Sloveniya və İsrail xalqları arasında yaxın dostluğa xələl gətirib.
Havar Şəfiyeva
çap et