525.Az

İspaniya parlamenti Kataloniya separatçıları üçün amnistiyanı təsdiqləyib


 

İspaniya parlamenti Kataloniya separatçıları üçün amnistiyanı təsdiqləyib<b style="color:red"></b>

İspaniya parlamenti 2017-ci ildə Kataloniyada keçirilən referendumla bağlı saxlanılmış 400-ə yaxın katalon separatçıya amnistiya elan edib.

525.az xəbər verir ki, bu barədə "RTVE" telekanalı məlumat yayıb.

Qanunun qəbulunun lehinə 177, əleyhinə isə 172 deputat səs verib.

Qeyd edək ki, qanun bir neçə gün sonra rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Havar Şəfiyeva 

 





30.05.2024    çap et  çap et