525.Az

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin birinci mərhələsi yekunlaşıb


 

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin birinci mərhələsi yekunlaşıb<b style="color:red"></b>

III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Qaydalara görə, ölkələrdə hekayələrin qəbulu sentyabrın 30-dək aparılıb. Azərbaycanda müsabiqəyə 22 müəllif 31 hekayə ilə qatılıb. Hekayələr 6 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunub. Münsiflər oktyabr ayı ərzində hekayələri oxuyaraq 10 ballıq sistemlə qiymətləndirəcək və noyabrın 1-də nəticələr açıqlanacaq.

25-ə yaxın ölkəni əhatə edən müsabiqənin ikinci turunda ölkələr üzrə birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək.

Ölkələrarası mükafatların təqdimatı isə bu ilin dekabr ayında Bakıda keçiriləcək.

S.ABDULLAYEVA

 





08.10.2014    çap et  çap et