525.Az

Şair Çərkəz Məcidin vəfatından 35 il sonra kitabı çap olundu


 

Şair Çərkəz Məcidin vəfatından 35 il sonra kitabı çap olundu<b style="color:red"></b>

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış şair Çərkəz Məcidin vəfatından 35 il sonra yeni şeir kitabı çapdan çıxıb.

525.az xəbər verir ki, “Ürəyim bir məktub yazmaq istəyir” adlı kitabda şairin indiyə qədər çap olunmamış şeirləri öz əksini tapıb.

Kitabın ön sözü meydan hərəkatının liderlərindən olan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı tərəfindən yazılıb. Kitabın redaktoru isə şair Elşad Baratdır.

 





31.05.2024    çap et  çap et