525.Az

"Barselona" Fliki qeydiyyatdan keçirə bilmir


 

"Barselona" Fliki qeydiyyatdan keçirə bilmir<b style="color:red"></b>

"Barselona" maliyyə problemlərinə görə yeni məşqçilər heyətini qeydiyyatdan keçirə bilmir.

QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 2 gün əvvəl Kataloniya təmsilçisi Hans-Diter Fliki baş məşqçi təyin edib.

Klub hazırda yeni məşqçi və onun heyətini qeydiyyatdan keçirə bilmir. Buna səbəb isə "Barselona"nın maliyyə feyr-pley qaydalarına uyğun gəlməməsidir. Klub maliyyə limitini aşmamaq üçün ilk növbədə əlavə xərclərdən qurtulmalı və futbolçu satışından pul qazanmalıdır.

Xəbərdə o da qeyd olunur ki, La Liqanın son mövsümündə çıxış edən “Barselona” futbolçularının bir neçəsi növbəti mövsüm üçün qeydiyyatdan keçirilməyib.

Qeyd edək ki, "Barselona" La Liqanın 2023/24 mövsümünü 2-ci pillədə başa vurub.

 





31.05.2024    çap et  çap et