525.Az

"Hürriyyət" Ərdoğanın qızından üzr istədi


 

"Hürriyyət" Ərdoğanın qızından üzr istədi<b style="color:red"></b> "Hürriyyət" qəzəti Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın qızı Sümeyyə Erdoğandan üzr istəyib.

Lent.az-ın məlumatına görə, "Hürriyyət" qəzetində rəssam Zeynəb Çiləklə müsahibədə onun Ərdoğanın qızı Sümeyyə ilə “Quran kursu”nda tanış olmaları sözləri səhvən “rəqs kursu” sözü ilə əvəzlənib. Bu ifadə ölkə mediasında müzakirələrə səbəb olub.
 
Müsahibəni hazırlayan müxbir İpək İzci görüş zamanı səs-küyün çox olmasından "Quran" sözünü "rəqs" kimi
eşitdiyini deyib.

"Hürriyyət" qəzeti bugünkü sayında müsahibəyə düzəliş edib və prezidentin qızından üzr istəyib.
 





08.10.2014    çap et  çap et