525.Az

"UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur" - FIBAA rəsmisi


 

"UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur" - <b style="color:red">FIBAA rəsmisi</b>

FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun beynəlxalq ekspertləri UNEC-in rektoru professor Ədalət Muradovla görüşüblər.

Görüşdə professor Ədalət Muradov “UNEC-100” İnkişaf strategiyasında 2030-cu ilədək UNEC-də bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinin hədəfləndiyini bildirib. Rektor beynəlxalq akkreditasiyanın UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzunların beynəlxalq əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi baxımından vacibliyini diqqətə çatdırıb. Eləcə də UNEC-in təhsil sahəsində lider mövqeyinin möhkəmləndirilməsində, beynəlxalq əlaqələrinin genişləndirilməsində, regionda və dünyada nüfuzunun artırılmasında mühüm rol oynayacağını bildirib.

FIBAA-nın layihə meneceri, ekspert qrupunun rəhbəri .Birger Henrik UNEC-də iki günlük səfər çərçivəsində keçirdikləri görüşlər və təqdim olunan məlumatlar barədə ilkin təəssüratlarını bölüşüb. FIBAA rəsmisi UNEC-in Bloomberg Maliyyə laboratoriyasının tədris prosesində istifadə olunmasını, universitet-sənaye əlaqələrinin səmərəli təşkilini, tədrisin 4 dildə aparılmasını yüksək qiymətləndirib. Eləcə də tədris prosesinin, sənəd dövriyyəsinin, keyfiyyət təminatı sisteminin tamamilə rəqəmsallaşdırılaraq, Rəqəmsal UNEC modelinin yaradılmasını ali təhsil sahəsində mütərəqqi addım kimi xüsusi vurğulayıb. Dr.Birger Henrik UNEC-in beynəlmiləlləşdirilməsində ixtisasların akkreditasiyasının strateji hədəf olaraq müəyyənləşdirilməsini mühüm amil kimi diqqətə çatdıraraq, bu addımın UNEC-in dünya universitetləri sırasında TOP 500-lüyə düşməsində önəmli rol oynayacağını qeyd edib. O, UNEC-də bu istiqamətdə işlərin uğurla aparıldığını deyib.

Sevinc Qarayeva 

 





31.05.2024    çap et  çap et