525.Az

“The Beatles”ın məşhur gitarası 2,9 milyon dollara satılıb


 

“The Beatles”ın məşhur gitarası 2,9 milyon dollara satılıb<b style="color:red"></b>

Britaniyanın dünyaca məşhur “The Beatles” musiqi qrupunun üzvü Con Lennona məxsus “itirilmiş gitara” ABŞ-nin Nyu-York şəhərində keçirilən auksionda təxminən 2,9 milyon dollara satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Julien Auction House tərəfindən verilən açıqlamada İngiltərənin məşhur "The Beatles" musiqi qrupunun 1980-ci ildə öldürülən vokalisti Lennonun 50 ildir itmiş, bu günlərdə tapılan 12 simli akustik gitarasının hərraca çıxarıldığı bildirilib

Hərrac Evinin açıqlamasında gitaranın rekord qiymətə - 2 milyon 857 min dollara satıldığı vurğulanıb.

Qeyd edək ki, gitaradan Lennon və qrupun üzvü, gitaraçı Corc Harrison tərəfindən 1965-ci ildə çıxan "Help" və "Rubber Soul" albomlarının çəkilişi zamanı istifadə edildiyi bildirilib.

Malik Atilay 

 





31.05.2024    çap et  çap et