525.Az

Nüsrət Süleymanov: COP29-da da diqqəti minaların yaratdığı təhlükəyə yönəltməliyik


 

Nüsrət Süleymanov: COP29-da da diqqəti minaların yaratdığı təhlükəyə yönəltməliyik<b style="color:red"></b>

OP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni Azərbaycanda keçiriləcək bu mötəbər tədbirdə də qabartmalıyıq.

Bu fikirləri Beynəlxalq Minatəmizləmə Konfransında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.

O bildirib ki, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) da diqqəti bu məsələyə yönəltməliyik.

Nüsrət Süleymanov vurğulayıb ki, mina həm torpağa, həm də suya təhdiddir:

"Bu konfrans sayəsində humanitar minatəmizləmə sahəsində qazanılan təcrübəni bölüşürük. Biz minaları ölüm toxumları adlandırırıq. Ona görə ki, onlar insanları öldürür. Minalar həm suya, həm də torpağa böyük təhdiddir. Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq. COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni bəyan etməliyik. Azərbaycanda keçiriləcək COP29-da da bu məsələyə diqqəti yönəltməliyik. Əlbəttə ki, iki gün ərzində bunu etmək mümkün olmasa da, hesab edirəm ki, biz buna nail olduq, bir-birimizdən nəsə öyrəndik, məsələnin ciddiyyətini anladıq. Bu konfransda iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşədək planetimizi minalardan təmizləyə biləcəyik". (APA)

 





31.05.2024    çap et  çap et