525.Az

Antverpen Universiteti İsraillə əlaqələri dayandırdı


 

Antverpen Universiteti İsraillə <b style="color:red">əlaqələri dayandırdı</b>

Antverpen Universitetinin rektoru Herman Van Goethem verdiyi yazılı açıqlamada universitetin İsraildəki tərəfdaşları olan qurumların hərbi hakimiyyət orqanları ilə institusional əməkdaşlıq etdiyini bildirib.

525.az xəbər verir ki, açıqlamada: "Antverpen Universiteti İsrail və Qəzzadakı həmkarlarını hökumətlərini Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Qəzza münaqişəsi ilə bağlı qərarlarına hörmət etməyə çağırmağa dəvət edir", - deyə vurğulanıb.

Brüssel Azad Universiteti (ULB) də mayın 28-də BƏM-in qərarlarının bu ölkə tərəfindən yerinə yetirilənə qədər İsraillə əlaqələri dayandırdığını açıqlayıb.

Qeyd edək ki, Belçikanın Brüssel, Gent, Antverpen, Leuven və Liege universitetlərində ayın əvvəlindən başlayan tələbə etirazları davam edir.

Məhəmməd Tağıyev

 





31.05.2024    çap et  çap et