525.Az

Hindistanda istilərə görə 16 nəfər öldü


 

Hindistanda istilərə görə  <b style="color:red">16 nəfər öldü</b>

Hindistanın ən sıx bölgələrindən biri olan Biharın Auranqabad şəhərində havanın temperaturu 48 dərəcəyə çatıb.

525.az xəbər verir ki, Hindistanda həddindən artıq istilər nəticəsində 16 nəfər ölüb. Şəhər xəstəxanasının həkimi xəstəxanaya yüksək hərarətlə bağlı şikayətlə azı 35 nəfərin müraciət etdiyini bildirib.

Belə ki, həddindən artıq istilər səbəbindən 2 saat ərzində 16 nəfər həyatını itirib.

Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində əyalətdə şiddətli isti dalğası ilə bağlı xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





31.05.2024    çap et  çap et