525.Az

Nüvə mərkəzinə Rəisinin adı verilib


 

Nüvə mərkəzinə Rəisinin adı verilib<b style="color:red"></b>

İranın bəzi nüvə obyektlərinə ev sahibliyi edən İsfahan əyalətindəki "İsfahan Nüvə Bölgəsi"nə helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adı verilib.

525.az xəbər verir ki, Atom Enerjisi Qurumunun sədri Məhəmməd İslaminin iştirak etdiyi mərasimdə "İsfahan Nüvə Bölgəsi"nin adı dəyişdirilərək "Şəhid Ayətullah Rəisu Nüvə Bölgəsi" adlandırılıb.

İslami: "Prezidentin nüvə sənayesinə dəstəyi və marağı həmişə yüksək olub", - deyə qeyd edib.

Məhəmməd Tağıyev

 





31.05.2024    çap et  çap et