525.Az

Fələstin tərəfdarları fransız kanalına etiraz ediblər


 

Fələstin tərəfdarları fransız kanalına etiraz ediblər<b style="color:red"></b>

Fransada yüzlərlə insan Fransa kanalının İsrailin Baş naziri Binyamin Netanyahu ilə müsahibəsinə reaksiya veriblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın TF1 qrupuna məxsus LCI kanalı Netanyahu ilə müsahibəni yayımlayıb. Bundan sonra paytaxt Parisdə yüzlərlə Fələstin tərəfdarı kanal binasının qarşısına toplaşıb.

Əksəriyyəti orta məktəb və universitet tələbələri olan nümayişçilər “İsrail qatil, TF1 ortaqdır”, “Netanyahu günahkar, Makron şərikdir” və “İsrail fələstinli uşaqları qətlə yetirir” kimi şüarlar səsləndiriblər.

Fransız kanalının Netanyahu ilə müsahibəsinə reaksiya verən fəallar Fələstin xalqı ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Binanın yaxınlığından keçən sürücülər siqnal ilə nümayişçilərə dəstək veriblər. Polis binanın ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. Nümayişdə Fələstin əsilli Rima Hassan, Sebastien Delogu və Tomas Portes, “Tabe olmayan Fransa” (LFI) partiyasından olan deputatlar da iştirak ediblər.

Malik Atilay 

 





31.05.2024    çap et  çap et