525.Az

Huslər: ABŞ və İngiltərə Sənaya 6 hava hücumu təşkil edib


 

Huslər: ABŞ və İngiltərə Sənaya 6 hava hücumu təşkil edib<b style="color:red"></b>

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın Yəmənin paytaxtı Sənaya 6 hava zərbəsi endirdiyini bildiriblər.

525.az xəbər verir ki, husilərin "Əl Məsirə" televiziyasında yayımlanan xəbərə görə, ABŞ və İngiltərə Sənaya hücum edib.

6 hava zərbəsi: 3-ü paytaxtın Sebin rayonuna, 2-si Senhan rayonunun Cerban bölgəsinə, 1-i isə Səna Beynəlxalq Hava Limanı yaxınlığında həyata keçirilib.

Xəbərdə hücum və onun nəticələri ilə bağlı ətraflı məlumat verilməsə də, ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.

Husilər dünən verdiyi açıqlamada bu həftə Qırmızı dəniz, Oman dənizi və Hind okeanında ABŞ, İngiltərə və İsrailə məxsus 10 gəmini vurduqlarını açıqlayıblar.

Malik Atilay 

 





31.05.2024    çap et  çap et