525.Az

Bakı-Qazax yolunda avtobus qəzası


 

Bakı-Qazax yolunda avtobus qəzası<b style="color:red"></b> Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.
 
Bakı-Gürcüstan marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.
 
Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 





09.10.2014    çap et  çap et