525.Az

Qaradağda güclü külək avtomobili aşırıb, xəsarət alan var


 

Qaradağda güclü külək avtomobili aşırıb, xəsarət alan var<b style="color:red"></b>

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az "Report"a istinadən xəbər verir ki, rayonun Puta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





02.06.2024    çap et  çap et