525.Az

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq


 

Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq<b style="color:red"></b>

Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçiriləcək.

QOL.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşacaq. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq. 

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 7 dəfə sahib çıxıb. 

"Zirə" isə bu titulu heç vaxt qazanmayıb. Əgər paytaxt təmsilçisi bugünkü finalda qalib gəlsə, tarixinin ilk kubokunu əldə edəcək.

Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olacaq. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edəcək.

Azərbaycan kuboku, final

20:00. "Qarabağ" - "Zirə"

"Liv Bona Dea Arena"

 





02.06.2024    çap et  çap et