525.Az

Baydenin yeni taktikası


 

Baydenin yeni taktikası<b style="color:red"></b>

Prezident Cozef Bayden gizli şəkildə Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Rəsmi Vaşinqtonun Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib-verməyəcəyi geniş müzakirə olunmaqda idi. İndi aydın olur ki, prezident Cozef Bayden gizli şəkildə belə bir icazə verib. Bu isə belə təəssürat yaradır ki, prezident Cozef Bayden yeni taktika müəyyən edib. Çünki Ukraynaya ABŞ istehsalı ATACMS taktiki balastik raketləri Baydenin gizli sərəncamı ilə, hətta Konqresin razılığı olmadan verilmişdi. Beləliklə də, prezident Cozef Baydenin yeni taktikası bir tərəfdən ABŞ-nin Ukraynaya dəstəyi ətrafında Moskvanın müqavimətini zərərsizləşdirirsə, digər tərəfdən Rusiyanı gözlənilməzliklər qarşısında zəif duruma salır. Eyni zamanda bu taktika prezident Cozef Baydenə daxili siyasətdə də üstünlüklər qazandırır. Belə ki, bu taktika ilə prezident Cozef Bayden son zamanlar Rusiyaya münasibətdə daha sərt mövqe tutmağa başlayan Respublikaçılar Partiyasının tənqidlərini zərərsizləşdirir. Məlum olduğu kimi, Konqresdə, xüsusilə Nmayəndələr Palatasındakı respublikaçılar Bayden administrasiyasını qətiyyətsizlikdə ittiham edir, Ukraynaya Rusiya ərazilərinə zərbə endirmək imkanın verilməsini tələb edirdilər. Ən son olaraq Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ evi Ukraynaya Rusiya ərazilərinə zərbə endirməyə icazə verməyə çağırmışdı. İndi isə məlum olur ki, prezident Cozef Bayden gizli şəkildə artıq belə bir icazə verib.

Prezident Cozef Baydenin yeni taktikası yeni geosiyasi şərait yaradır. Bu o deməkdir ki, Rusiyanı yeni sürprizlər gözləyir. Ekspertlər hesab edir ki, Vaşinqtonun yeni sürprizi Ukraynaya ABŞ tərəfindən çoxsaylı F-16 qırıcılarının verilməsi ola bilər. ABŞ Ukraynanı dördüncü nəsil qırıcı təyyarələrlə təmin edəcək "F-16 koalisiyası"nın üzvü olsa da, Vaşinqton bu günə kimi Kiyevə F-16 qırıcıları verəcəyini bəyan etməyib. Ancaq ukraynalı 12 pilotun ABŞ-da F-16-da təlim keçməsi və ən əsası prezident Cozef Baydenin yeni taktikası belə düşünməyə əsas verir ki, Vaşinqton Moskvaya yeni sürpriz hazırlayır.

Prezident Cozef Bayden gizli şəkildə Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsi geosiyasi nəticələr də doğuracaq. Belə ki, Ukraynanın Rusiyadakı hərbi obyektlərə Qərb silahları ilə zərbələr endirməsini dəstəkləyən ölkələrin sayı sürətlə artmaqdadır. Son məlumatlara görə, Böyük Britaniya, Fransa, Niderland, Polşa, İsveç, Finlandiya, Çexiya, Litva, Latviya, Estoniya, Kanada və Danimarka Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləyirlər. Artıq Almaniya kansleri Olaf Şolts da mövqeyini dəyişib. Bütün bunlar və digər məlumatlar Rusiyanı qarşıda çox çətin günlərin gözlədiyindən xəbər verir. Bu ehtimala əsas verən digər səbəb isə Danimarka, İspaniya, Belçika və Portuqaliyanın Ukraynaya yeni dəstəyidir.

 





04.06.2024    çap et  çap et