525.Az

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib


 

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib<b style="color:red"></b>

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

“Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, - deyə məlumatda bildirilib.

Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədilə xüsusi nümayəndə təyin edib.

Bundan əlavə, ölkədə “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirilməsi planlaşdırılır.

 





02.06.2024    çap et  çap et