525.Az

Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib


 

Yaponiya Kiyevə 7 milyard dollar həcmində yardım edib<b style="color:red"></b>

Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar həcmində yardım edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində yaponiyalı həmkarı Minoru Kihara ilə görüşündən sonra bildirib.

“2022-ci ilin fevral ayından Yaponiya Ukraynaya humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsini əhatə edən 7 milyard dollardan çox yardım edib”, - Umerov qeyd edib.

Nazirin “Facebook”da yazdığına əsasən, danışıqlar zamanı ərazilərin minalardan təmizlənməsi, istehkamlar üçün avadanlıq və Ukrayna üçün təcili yardım maşınlarının verilməsi məsələləri müzakirə olunub.

 





02.06.2024    çap et  çap et