İsrail Qəzza zolağında radikal HƏMAS hərəkatının hakimiyyətinə başqa qüvvələrin də cəlb olunması ilə alternativ axtarır.
525.az Report-a istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Cənub Komandanlığının qərargahında keçirdiyi görüş zamanı deyib.
“Biz HƏMAS-ın Qəzza zolağında hakimiyyətinə alternativ axtarırıq, bunun çərçivəsinə ərazilərin təcrid edilməsi, HƏMAS yaraqlılarının bu ərazilərdə məhv edilməsi və bizə hakim alternativ yaratmağa imkan verəcək digər qüvvələrin cəlb edilməsi daxildir”, - Qalant bildirib.
O əlavə edib ki, Rafah əməliyyatı yerin üstündə və altında davam edir:
“Əsgərlərimiz Qəzza zolağı ilə Misiri birləşdirən xətləri və “HƏMAS”ı məhv etməkdə qərarlıdır. Terror təşkilatı özünə gələ bilməyəcək, güclənməyəcək, silahlana bilməyəcək”.
çap et