525.Az

Xaçmazda ana və uşaq doğuş zamanı ölüb


 

Xaçmazda ana və uşaq doğuş zamanı ölüb<b style="color:red"></b> Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.
 
APA-nın şimal bürosu xəbər verir ki,  hadisə oktyabrın 9-da qeydə alınıb. Xaçmaz şəhəri,  Müslüm Maqomayev küçəsində yaşayan 1981-ci il təvəllüdlü  Arzu Rəhim qızı İsmayılova  və körpəsi doğuş zamanı ölüb. Hadisə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində   baş verib.
 
Xəstəxanada APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı araşdırma aparılır.
 





09.10.2014    çap et  çap et