525.Az

Qırğızıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək


 

Qırğızıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək<b style="color:red"></b>

Bu gün Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev Azərbaycana rəsmi səfərə gələcək.

525.az “Report”-a istinadən xəbər verir ki, səfər çərçivəsində Nurlanbek Şakiyev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq.

Parlament nümayəndə heyətinin tərkibinə deputatlar Saidbek Zulpuyev, Çolpon Sultanbekova, Nurjiqit Kadırbekov, Ulanbek Bakasov, Taalaybek Sarıbaşov, Dastanbek Cumabekov, Kubanıçbek Samakov, Mirlan Samıykojo və Parlament Aparatının rəhbəri Alaybek Alımbayev də daxildir.

 





03.06.2024    çap et  çap et