525.Az

Mərkəzi Bankın valyuta ehtiyatları 12 mlrd. dollara yaxınlaşır


 

Mərkəzi Bankın valyuta ehtiyatları 12 mlrd. dollara yaxınlaşır<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0,5% artaraq iyun ayının 1-nə 11 milyard 713,7 milyon dollara yüksəlib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, son bir ildə Mərkəzi Bankın ehtiyatları 27,7% artıb.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları 2015-ci ildən sonra ən yüksək həddə çatıb.

 





03.06.2024    çap et  çap et