525.Az

Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb


 

Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb<b style="color:red"></b>

Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.
 
APA-nın məlumatına görə, hazırda baş prokuror vəzifəsinin icrasını müvəqqəti olaraq baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyərək, baş prokuror Zakir Qaralovun yaxın günlərdə xidməti vəzifəsinin icrasına başlayacağını deyib.

 





09.10.2014    çap et  çap et