525.Az

İranın hərbi müşaviri İsrailin Hələbə endirdiyi zərbə nəticəsində ölüb


 

İranın hərbi müşaviri İsrailin Hələbə endirdiyi zərbə nəticəsində ölüb<b style="color:red"></b>

İyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdən 360 km aralıda yerləşən Hələb şəhərinə endirdiyi aviazərbə nəticəsində İranın Suriyadakı hərbi müşaviri ölüb.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Məlumata görə, Səid Abiyar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərindən olub.

 





03.06.2024    çap et  çap et