525.Az

Yaponiyada zəlzələ: 5 bina uçdu


 

Yaponiyada zəlzələ: <b style="color:red">5 bina uçdu</b>

Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi məlumata görə, Noto yarımadasının şimal-şərq sahilində, İşikavanın Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib. Agentlik ilk mərhələdə elan etdiyi 5,9 ballıq dəyərini 6-a yeniləyib.

Yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Qeyd edək ki, Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.

Məhəmməd Tağıyev

 





03.06.2024    çap et  çap et