525.Az

Maldiv adalarından İsrailə sanksiya


 

Maldiv adalarından İsrailə sanksiya<b style="color:red"></b>

Maldiv hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

525.az xəbər verir ki, Maldiv adaları İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etməyə hazırlaşır. Maldiv Prezidentinin ofisindən verilən açıqlamaya görə, Nazirlər Şurası İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinin qarşısını almaq üçün qanunun dəyişdirilməsinə qərar verib.

Belə ki, qanuna edilən dəyişikliklərə izləmə və nəzarət  etmək üçün alt komitənin yaradılması da nəzərdə tutulub.

Məhəmməd Tağıyev

 





03.06.2024    çap et  çap et