525.Az

Cənubi Afrikada keçirilən seçkilərin yekun nəticələri açıqlandı


 

Cənubi Afrikada keçirilən seçkilərin yekun nəticələri açıqlandı<b style="color:red"></b>

Cənubi Afrika Respublikasında mayın 29-da keçirilən ümumi seçkilərin yekun nəticələrinə görə, 30 ildir hakimiyyətdə olan Afrika Milli Konqresi (ANC) 30 ildən sonra ilk dəfə parlamentdəki səs çoxluğunu itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika Seçki Komissiyasının (IEC) açıqladığı yekun nəticələrə görə, 2019-cu il ümumi seçkilərində 57 faiz səsə sahib olan ANC-nin səsləri bu seçkidə 40 faizə düşüb.

Bu nəticələrə görə, ANC Milli Assambleyadakı 400 yerdən 159-nu qazanaraq 1994-cü ildən bəri ilk dəfə parlament çoxluğunu itirib.

Ana müxalifət partiyası olan Demokratik Alyans (DA) təxminən 22 faiz səslə parlamentdə 87 yer qazanıb.

Malik Atilay

 





03.06.2024    çap et  çap et