525.Az

Şri-Lankada daşqın və torpaq sürüşmələri nəticəsində 10 nəfər ölüb


 

Şri-Lankada daşqın və torpaq sürüşmələri nəticəsində 10 nəfər ölüb<b style="color:red"></b>

Şri-Lankada güclü yağış nəticəsində baş verən sel və sürüşmə səbəbindən 10 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoon yerli mətbuata verdiyi açıqlamada ölkə daxilində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 10 nəfərin həyatını itirdiyini bildirib.

Tennakoon itkin düşən 5 nəfərin axtarışlarının davam etdiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, yerli media həmçinin leysan yağışların bir çox bölgəyə ziyan vurduğunu bildirib.

Malik Atilay

 





03.06.2024    çap et  çap et